Bakı. Trend:
Türkiyənin Konya əyalətində sərnişin avtobusu yolun kənarına aşıb, nəticədə 31 nəfər xəsarət alıb.
Trend-in Milliyet qəzetinə istinadən verdiyi məlumata görə, qəzaya səbəb sürüşkən yol olub.
Hadisə yerinə təcili yardım briqadaları cəlb edilib. Polis faktla bağlı araşdırma aparır.