...

Trampın inauqurasiyası təhlükə altındadır

Dünya xəbərləri Materials 13 Yanvar 2017 13:22 (UTC +04:00)
Yanvarın 20-də ABŞ-ın paytaxtı Vaşinqtonda yeni seçilmiş prezident Donald Trampın andiçməsi zamanı geniş etiraz aksiyasının keçirilməsi planlaşdırılır.
Trampın inauqurasiyası təhlükə altındadır

Bakı. Trend:

Yanvarın 20-də ABŞ-ın paytaxtı Vaşinqtonda yeni seçilmiş prezident Donald Trampın andiçməsi zamanı geniş etiraz aksiyasının keçirilməsi planlaşdırılır. Bu barəd Trend "RİA Novosti"yə istinadən məlumat verir.

Etirazçılar həmin gün səhər saatlarından etibarən dörd kilometrlik yürüş keçirərək Ağ Evə aparan əsas küçələri bağlayacaqlarını bildiriblər.

Aksiya təşkilatçıları etirazların ABŞ-ın digər şəhərlərində, eləcə də xarici ölkələrdə ABŞ səfirlikləri qarşısında keçirilməsinə çağırışlar edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti