...

Ekvadorda iki avtobus toqquşub - 19 nəfər ölüb

Dünya xəbərləri Materials 14 Yanvar 2017 16:12 (UTC +04:00)
Ekvadorda iki avtobusun toqquşması nəticəsində 19 nəfər ölüb.
Ekvadorda iki avtobus toqquşub - 19 nəfər ölüb

Bakı. Trend:

Ekvadorda iki avtobusun toqquşması nəticəsində 19 nəfər ölüb.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, qəzada 17 nəfər xəsarət alıb.

Yol qəzasında toqquşan avtobuslardan biri məktəb şagirdlərini daşıyırmış. Qəzada şagirdlər arasında ölənlərin olması barədə hələlik məlumat verilmir.

Xəsarət alanların xəstəxanalara yerləşdirildiyi bildirilir. Yol qəzasının baş verməsinin səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti