Bakı. Trend:
Rusiya ABŞ-ı Astanada keçiriləcək Suriya böhranı üzrə danışıqlara dəvət edib.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə RF xarici işlər naziri Sergey Lavrov bildirib.
S.Lavrov jurnalistlərin "Rusiya ABŞ-ı hansı şərtlərlə Suriya danışıqlarına dəvər edəcək" sualına cavabında deyib: "Artıq dəvət etmişik".
Qeyd edək ki, Astanada Suriya münaqişəsi ilə bağlı danışıqlar yanvarın 23-də keçiriləcək.