Bakı. Trend:
İran xarici işlər nazirinin müavini Hüseyn Caberi Astanada keçirilən danışıqlarda Suriya probleminin tənzimlənməsi ilə bağlı yol xəritəsinin hazırlanmasının mümkün olduğunu bəyan edib.
Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, H.Caberinin sözlərinə görə, Rusiya, İran və Trükiyənin təşəbbüsü ilə keçirilən danışıqlar Suriya hökuməti ilə silahlı qruplar arasında dialoqa yardım etməlidir. Bunun üçün isə dəqiq yol xəritəsi lazımdır.
Qeyd edək ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Suriya böhranının nizamlanması üzrə birinci iclas keçirilib. İclasda Rusiya, İran, Türkiyə, Suriya hökuməti və müxalifət iştirak edir.