Bakı. Trend:
Polis əməkdaşları tərəfindən məsciddə baş verən atışma ilə bağlı iki şübhəli şəxs saxlanılıb.
Bu barədə Trend "RİA Novosti"yə istinadən xəbər verir.
X X X
06:43
Kanadanın Kvebek vilayətində məsciddə baş verən atışma nəticəsində 5 nəfər ölüb.
Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, hadisə 3 silahlı şəxs tərəfindən dualar zamanı törədilib.
Məlumata görə, atışma zamanı məsciddə təxminən 40 nəfər olub.