...

Nyu York polisinə kamera quraşdıracaqlar

Dünya xəbərləri Materials 2 Fevral 2017 12:50 (UTC +04:00)
Nyu Yorkda polis təşkilatı demo versiyada hazırladığı layihəni həyata keçirməyə başlayıb.
Nyu York polisinə kamera quraşdıracaqlar

Bakı. Fidan Həsənzadə - Trend:

Nyu Yorkda polis təşkilatı demo versiyada hazırladığı layihəni həyata keçirməyə başlayıb.

Trend-in məlumatına görə, geyinilə bilən VIEVU markalı kameralar sayəsində polislər həm öz təhlükəsizliklərini qoruyacaq, həm də baş verən hadisələri dərhal kameranın yaddaşına köçürə biləcəklər.

Bundan əlavə, kameralar rüşvət və bənzər hallarda polislərin vəzifədən sui-istifadəsinin qarşısını alacaq.

Bu kameraların bəziləri polislər tərəfindən əl ilə idarə olunacaq, bəziləri isə silaha əl atılan an çəkilişə başlayacaq.

Nyu York Polis Departamentində çalışan 34 min polis əməkdaşına 2019-cu ilin sonuna qədər bu kameralar veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti