...

Belçikanın Baş naziri: Avropa ABŞ, Rusiya və Çin üçün "oyuncaq"dır

Dünya xəbərləri Materials 3 Fevral 2017 15:56 (UTC +04:00)

Bakı. Trend:

"Avropa İttifaqının vətəndaşları ABŞ, Rusiya və Çin liderləri üçün "oyuncağ"a çevrilməməlidir. Avropa öz taleyini özü müəyyənləşdirməlidir".

Trend-in məlumatına görə, bunu Belçikanın Baş naziri Şarl Mişel bəyan edib.

O qeyd edib: "Mən vətəndaşları Tramp, Putin və Cinpinin "oyuncağ"ı olacaq Avropanı istəmirəm. Bunun üçün cəsarətli fəaliyyət lazımdır".

Baş nazir Ai-nin Maltada keçirilən qeyri-rəsmi sammitində D.Trampın gəlişindən sevinən həmkarlarına ABŞ Prezidentin onlardan imtina edəcəyini bildirəcəyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti