Bakı. Trend:
ABŞ "Lockheed Martin" şirkətindən 7,5 faiz endirimlə 55 dənə F-35 tipli qırıcı təyyarə alıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Şon Spayser deyib.
Onun sözlərinə görə, qənaət olunmuş vəsaitin ümumi dəyəri ABŞ vergi ödəyiciləri üçün 455 milyon dollar təşkil edib: "Bu, amerikalı vergi ödəyiciləri üçün prezidentin nail olduğu daha bir böyük qələbədir".