Bakı. Trend:
Perunun eks prezidenti Alexandro Toledo haqqında məhkəmə həbs cəzası seçilməsi barədə qərar qəbul edib. Trend-in məlumatına görə, eks prezident Braziliyanın məşhur tikinti şirkəti "Odebrecht"lə bağlı rüşvət qalmaqalında ittiham olunur.
Qərarın beynəlxalq xarakter daşıdığı bildirilir. Məhkəmə bu qərarla Peru Prokurorluğunun Toledo haqqında 18 aylıq həbs seçilməsi iddiasını təmin etmiş olur.
Qeyd edək ki, eks prezidentin hazırda Fransada olduğu bildirilir.