Bakı. Trend:
Rusiyanın Amur ətrafı vilyətində 3 nəfər spirt tərkibli metanol icdikdən sonra dünyasını dəyişib. Trend xəbər verir ki, vilayətin Skovorodin xəsətəxanasından verilən məlumata görə, fevralın 11-də 1973 və 1967-ci il təvəllüdlü iki nəfər şəxs koma vəziyyətində xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onların həyata qaytarmaq mümkün olmayıb.
Bundan başqa, həmin gün yaşayış evlərindən birində 1991-ci il təvəllüdlü bir qadının da cəsədi aşkarlanıb. Onun da ölümündən qabaq spirt tərkibli metanol içdiyi bildirilib.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.