...

Belçikada qatar relsdən çıxıb: 1 ölü, 27 yaralı

Dünya xəbərləri Materials 19 Fevral 2017 03:42 (UTC +04:00)
Belçikanın mərkəzində sərnişin qatarı Lüven şəhərinin vağzalının yaxınlığında relsdən çıxıb
Belçikada qatar relsdən çıxıb: 1 ölü, 27 yaralı

Bakı. Trend:

Belçikanın mərkəzində sərnişin qatarı Lüven şəhərinin vağzalının yaxınlığında relsdən çıxıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 1 nəfər həlak olub, 3-ü ağır olmaqla, 27 nəfər yaralanıb.

Ölkənin baş naziri Şarl Mişel hadisə yerinə gəlib.

Qəzanın səbəbləri hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti