Bakı. Trend:
Pakistanın Lahor şəhərində partlayış olub.
Trend-in məlumatına görə, hadisə nəticəsində 6 nəfər ölüb, 15-dən çox şəxs xəsarət alıb.
İlkin məlumata əsasən, partlayış səhər saatlarında ofisdə baş verib, binanın bir hissəsi dağılıb.
Partlayışın gücündən yaxınlıqdakı binaların pəncərə şüşələri qırılıb.
Polis səbəbi araşdırır.