Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp miqrantlarla bağlı yeni qərar verib.
Trend bildirir ki, qərara əsasən qeyri-qanuni miqrantlar vətəndaşı olmasalar belə Meksikaya deportasiya olunacaqlar. Bundan sonra məhz oradan miqrantlar öz vətənlərinə geri qaytarılacaqlar.
Məlumata görə, Meksikanın xarici işlər naziri Luis Videqaray bu qərardan narazı olduqlarını və bununla bağlı BMT-yə müraciət edəcəklərini bildirib.