...

De Mistura martda Suriya üzrə danışıqların V raundunu keçirməyi planlaşdırır

Dünya xəbərləri Materials 4 Mart 2017 01:51 (UTC +04:00)
BMT-nin xüsusi nümayəndəsi Staffan de Mistura Cenevrədə Suriya üzrə danışıqların dördüncü mərhələsinin yekunları barədə BMT TŞ-na məlumat verəcək
De Mistura martda Suriya üzrə danışıqların V raundunu keçirməyi planlaşdırır

Bakı. Trend:

BMT-nin xüsusi nümayəndəsi Staffan de Mistura Cenevrədə Suriya üzrə danışıqların dördüncü mərhələsinin yekunları barədə BMT TŞ-na məlumat verəcək.

Trend-in məlumatına görə, bundan əlavə, de Mistura mart ayında bu danışıqların beşinci raundunu keçirməyi planlaşdırır.

De Mistura dördüncü mərhələnin yekunları üzrə mətbuat konfransında bildirib ki: "Mən Təhlükəsizlik Şurasına və BMT-nin baş katibi Antoniu Quterrişə məluma vermək üçün yaxın bir neçə gündə Nyu-Yorka gedəcəm".

Xüsusi nümayəndə qeyd edib ki, mart ayında beşinci mərhələ üçün tərəfləri bir araya gətirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti