...

Türkiyədə müxalif millət vəkili saxlanılıb

Dünya xəbərləri Materials 6 Mart 2017 16:32 (UTC +04:00)
Türkiyənin Tunceli vilayətində müxalif Xalqların Demokratik Partiyasından (HDP) millət vəkili Əlican Önlü saxlanılıb.
Türkiyədə müxalif millət vəkili saxlanılıb

Ankara. Atilla Caner - Trend:

Türkiyənin Tunceli vilayətində müxalif Xalqların Demokratik Partiyasından (HDP) millət vəkili Əlican Önlü saxlanılıb.

Trend-in məlumatına görə, deputatın saxlanmasında səbəb onun icazə verilməmiş aksiyada iştirak etməsi olub.

Ə.Önlü ötən ilin dekabrında da polis tərəfindən saxlanılmışdı.

Qeyd edək ki, terror təşkilatı yaratmaq ittihamı ilə bağlı HDP-nin 10 millət vəkili, o cümlədən həmsədrlər – Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti