...

Peru prezidentini "qorxaq" və "it" adlandırdılar

Dünya xəbərləri Materials 7 Mart 2017 02:11 (UTC +04:00)
Venesuela hökuməti sosializmə qarşı çıxdığına görə Peru prezidenti Pedro Pablo Kuçinskini təhqir edib
Peru prezidentini "qorxaq" və "it" adlandırdılar

Bakı. Trend:

Venesuela hökuməti sosializmə qarşı çıxdığına görə Peru prezidenti Pedro Pablo Kuçinskini təhqir edib.

Trend xəbər verir ki, keçən il keçirilmiş prezident seçkilərində qalib gələn 78 yaşlı keçmiş bankir Kuçinski, bir müddət bundan əvvəl ABŞ-da etdiyi çıxışı ilə Venesuela hakimiyyətini qəzəbləndirib.

Belə ki, o, Latın Amerikasını xalça üzərində gəzən təmizkar itlə müqayisə edib, Venesuelanı isə bu xalçanın üzərindəki "böyük problemə" oxşadıb.

Buna cavab olaraq, Venesuela xarici işlər naziri Delsi Rodrigez Kuçinskini "qorxaq" və ABŞ-ın köləsi olan "it" adlandırıb.

Kuçinski reqionda Venesuellanın hakim "Çavizmo" hərəkatının ən qatı tənqidçilərindəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti