...

Ceyms Mettis və Misir prezidenti təhlükəsizlik məsələlərini müzakirə ediblər

Dünya xəbərləri Materials 6 Aprel 2017 05:56 (UTC +04:00)
ABŞ müdafiə naziri Ceyms Mettis və Misir prezidenti Əbdül Fəttah əs-Sisi terrorizmlə mübarizədə əməkdaşlıq etməkdə niyyətlərini bildiriblər
Ceyms Mettis və Misir prezidenti təhlükəsizlik məsələlərini müzakirə ediblər

Bakı. Trend:

ABŞ müdafiə naziri Ceyms Mettis və Misir prezidenti Əbdül Fəttah əs-Sisi terrorizmlə mübarizədə əməkdaşlıq etməkdə niyyətlərini bildiriblər.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, pentaqonun məlumatında deyilir ki: "Ceyms Mettis və Əbdül Fəttah əs-Sisi Yaxın Şərqdə təhlükəsizliyin təmin edilməsi üzrə məsələlərin geniş spektrini müzakirə ediblər. Onlar terrorizmə qarşı mübarizədə və regional problemlərin həllində əməkdaşlıq etmək niyyətlərini bildiriblər".

Onlar təsdiq edib ki: "ABŞ və Misir arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlıq münasibətləri əsas sayılır".

Həmçinin bildirilir ki, yaxın gələcəkdə Mettis Misirə səfər etməyə ümid edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti