...

Yaponiya fövqəladə iclas çağırdı - ABŞ-ın atdığı raketlərə görə

Dünya xəbərləri Materials 7 Aprel 2017 09:37 (UTC +04:00)
Yaponiya fövqəladə iclas çağırdı - ABŞ-ın atdığı raketlərə görə

Bakı. Trend:

Yaponiya hökuməti ABŞ-ın Suriyaya endirdiyi raket zərbələrindən narahat olaraq təcili Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.

Trend-in məlumatına görə, Yaponiya xarici işlər naziri Fumio Kisida bəyan edib ki, ABŞ-ın Suriyaya raket zərbələri endirməsi barədə informasiya yoxlanılır, yalnız bundan sonra Yaponiya hökuməti öz mövqeyini bildirəcək.

Qeyd edək ki, bu gecə ABŞ prezidenti Donald Tramp Suriyaya kimyəvi zərbələr endirilməsi üçün baza rolunu oynaması bildirilən Hüms aerodromuna raket zərbələrinin endirilməsi barədə əmr verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti