Bakı. Trend:
Rusiyanın Moskva vilayətində quş qripinin mənbəyi aşkar edilib.
Trend-in məlumatına görə, Uşakovo kəndində ölən quşların birində qrip virusunun izləri tapılıb.
Bununla əlaqədar olaraq bölgədə dezinfeksiya işləri aparılıb.
Virusa yoluxduğu ehtimal olunan 15 toyuq və 10 ördək məhv edilib. 500-ə yaxın yumurta analizlər üçün laboratoriyaya göndərilib.