...

Ekvadorda ilin əvvəlindən güclü daşqın nəticəsində onlarla insan ölüb

Dünya xəbərləri Materials 23 Aprel 2017 00:05 (UTC +04:00)
Ekvador hakimiyyəti ilin əvvəlindən ölkədə baş verən güclü daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayının onlarla olduğu barədə məlumat verib
Ekvadorda ilin əvvəlindən güclü daşqın nəticəsində onlarla insan ölüb

Bakı. Trend:

Ekvador hakimiyyəti ilin əvvəlindən ölkədə baş verən güclü daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayının onlarla olduğu barədə məlumat verib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Cənubi Amerika ölkəsinin Risklərin idarə olunması üzrə nazirliyi ölənlərin ümumi sayı 32 nəfər təşkil etdiyi, 40 nəfər yaralandığı və bir nəfər itkin düşdüyünü bildirib.

Yalnız aprel ayı ərzində 16 nəfər ölüb, 32 min ev zərər çəkib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti