Bakı. Trend:
Rusiyanın Saxalin adasında 5,1 bal gücündə zəlzələ olub.
Trend-in məlumatına görə, təbii fəlakətin episentri Şebunino qəsəbəsində olub. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.