...

Hücum oldu - Müdafiə naziri istefa verdi

Dünya xəbərləri Materials 24 Aprel 2017 11:30 (UTC +04:00)
Əfqanıstanın müdafiə naziri Abdulla Xan Həbibi və quru qoşunlarının qərargah rəisi Qədəm Şah Şahim istefa verib
Hücum oldu - Müdafiə naziri istefa verdi

Bakı. Trend:

Əfqanıstanın müdafiə naziri Abdulla Xan Həbibi və quru qoşunlarının qərargah rəisi Qədəm Şah Şahim istefa verib.

Trend-in məlumatına görə, bu barədə Əfqanıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Müdafiə naziri və qərargah rəisi ötən həftə hərbi bazaya baş vermiş hücumdan sonra istefaya çıxıblar.

Qeyd edək ki, “Taliban” hərəkatının bazaya hücumu nəticəsində 150-dən çox adam həlak olmuşdu.

Xəbər lenti

Xəbər lenti