...

Haitinin baş nazirinin korteji iki yeniyetməni vurub: bir ölü

Dünya xəbərləri Materials 25 Aprel 2017 07:37 (UTC +04:00)
Haitinin baş nazirin Jak Qi Lafontanın korteji iki yeniyetməni vurub
Haitinin baş nazirinin korteji iki yeniyetməni vurub: bir ölü

Trend-i buradan izləyin

Bakı. Trend:

Haitinin baş nazirin Jak Qi Lafontanın korteji iki yeniyetməni vurub.

Trend-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, qəzaya düşən yeniyetmələrdən biri biri xəstəxanaya çatdırılarkən yolda vəfat edib.

Hadisə ölkənin cənub-qərbində Le-Kе şəhərində baş verib. Məlumata görə, qəza yeniyetmələr motosikletlə hərəkət edərkən baş verib. Yaralı gənci vertolyotla ölkənin paytaxtı Port-o-prensə gətirilib

Kortej hadisədən sonra hərəkətini dayandırmayıb. Bu, yerli sakinlərin qəzəbinə səbəb olub, onlar etiraz olaraq avtomobil şinləri yandırmağa başlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti