...

Səudiyyə Ərəbistanı ilə ABŞ 110 milyard dollarlıq hərbi müqavilələr bağlayıblar

Dünya xəbərləri Materials 21 May 2017 01:27 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Ər-Riyadda prezident Donald Trampın və dövlət katibi Reks Tillersonun iştirakı ilə keçirilən mərasim zamanı Səudiyyə Ərəbistanı ilə 110 milyard dollarlıq hərbi müqavilələr bağlayıblar.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Ağ Evin nümayəndəsi deyib.

"Prezident və dövlət katibi Tillerson 110 milyard dollarlıq hərbi satışlar üzrə sənədlərin imzalanması mərasimində iştirak edirlər", - nümayəndə deyib.

Onun sözlərinə görə, bu müqavilələr ABŞ və Səudiyyə Ərəbistanı arasında təhlükəsizlik sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirəcəklər.

Ağ Evin verdiyi qiymətləndirilməyə əsasən, müqavilələr ABŞ-da minlərlə iş yerinin yaradılmasına kömək edəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hərbi xərclərə görə, dünyada ABŞ və Çindən sonra üçüncü yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti