Bakı. Trend:
İsrail və ABŞ birlikdə Yaxın Şərqdə İran ekspansiyasını durdura və onun nüvə silahı əldə etməsininin qarşısnı ala bilər.
Trend-in məlumatına görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla görüşdən sonra deyib.
İsrail baş naziri qeyd edib ki, ABŞ-ın Barak Obama dövrü ilə müqayisədə İrana münsibətdə dəyişən yanaşmasını yüksək qiymətləndirirlər.
B.Netanyahu bildirib: "Mən əminəm ki, Amerika ilə birlikdə bu regionda terrorun qarşısını ala və İranın nüvə silahına malik qüdrətli dövlət olmaq planını dağıda bilərik".