Bakı. Trend:
Səudiyə Ərəbistanının şərqində Əl-Katif əyalətində təhlükəsizlik xidmətinin patrulunun avtomobilinə naməlum şəxs tərəfindən hücum edilib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumaat görə, hadisə nəticəsində 1 zabit həlak olub, 2 zabit isə yaralanıb.
Səudiyyə Ərəbistanının daxili işlər nazirliyi "Sky News Arabia"ya faktı təsdiqləyib. Onun sözlərinə görə, patrul avtomobili polis nəzarətini həyata keçirdiyi zaman avtomobilə partlayıcı qurğu atılıb.