...

Rusiya-Qazaxıstan reysi yubanır - Təyyarə quşla toqquşub

Dünya xəbərləri Materials 13 İyun 2017 13:27 (UTC +04:00)
Rusiyadan Qazaxıstana getməli olan təyyarənin uçuşu texniki səbəblərlə əlaqədar yubanıb
Rusiya-Qazaxıstan reysi yubanır - Təyyarə quşla toqquşub

Bakı. Trend:

Rusiyadan Qazaxıstana getməli olan təyyarənin uçuşu texniki səbəblərlə əlaqədar yubanıb.

Trend-in məlumatına görə, “Sibir” aviaşirkətinə məxsus təyyarə Novosibirskdən Almatıya uçmalı idi.

Lakin uçuşdan əvvəl təyyarəyə baxış keçirildikdə təyyarənin üzərində quşla toqquşmanın izləri qeydə alınıb. Mütəxəssislər təyyarəyə hərtərəfli baxış keçirmək üçün sərnişinləri təxliyyə edib.

Xəbər lenti

Xəbər lenti