...

Yıldırım Afinaya gedir - İkitərəfli münasibətlər gündəlikdə

Dünya xəbərləri Materials 15 İyun 2017 09:51 (UTC +04:00)
Türkiyə və Yunanıstan Baş nazir Binəli Yıldırımın Afinaya səfəri zamanı ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məsələsini müzakirə edəcəkər.
Yıldırım Afinaya gedir - İkitərəfli münasibətlər gündəlikdə

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə və Yunanıstan Baş nazir Binəli Yıldırımın Afinaya səfəri zamanı ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məsələsini müzakirə edəcəkər.

Trend xəbər verir ki, türkiyəli nazirin dəftərxanasından verilən məlumata görə, B.Yıldırımın Yunanıstana səfəri iyunun 19-da baş tutacaq.

Türkiyəli baş nazirin yunanıstanlı həmkarı Aleksis Siprasla görüşü zamanı regional məsələləri də müzakirə edəcəyi gözlənilir.

B.Yıldırım eləcə də səfəri çərçivəsində Yunanıstandakı türk diaspor nümayəndələri görüşməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti