...

Türkiyə Qətər böhranının tezliklə həll olunacağına ümid edir

Dünya xəbərləri Materials 20 İyun 2017 09:56 (UTC +04:00)
Türkiyə Qətər böhranının tezliklə həll olunacağına ümid edir.
Türkiyə Qətər böhranının tezliklə həll olunacağına ümid edir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Qətər böhranının tezliklə həll olunacağına ümid edir.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidentinin mətbuat xidmətinin rəhbəri İbrahim Kalın deyib.

Onun sözlərinə görə, Türkiyə böhranın ilk günündən onun nizamlanmasına böyük səy göstərir:

"Türkiyə üçün Qətər böhranı iki qardaş dövlət arasında problem deməkdir".

Qeyd edək ki, ötən gün BƏƏ-nin xarici işlər naziri Ənvər Qarqaş Türkiyəni Qətər böhranı məsələsi üzrə balanslaşdırılmış siyasət yürütməyə çağırıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra digər ölkələr Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti