...

"İtənlər" teleproqramının iki jurnalisti Kolumbiyada itdi

Dünya xəbərləri Materials 20 İyun 2017 11:10
"İtənlər" teleproqramının iki jurnalisti Kolumbiyada oğurlanıb.
"İtənlər" teleproqramının iki jurnalisti Kolumbiyada itdi

Trend-i buradan izləyin

Bakı. Trend:

"İtənlər" teleproqramının iki jurnalisti Kolumbiyada oğurlanıb. Trend-in məlumatına görə, hollandiyalı jurnalistlərin itməsi xəbərini Niderland XİN təsdiqləyib və onların tapılması istiqamətində işlər aparıldığını bəyan edib.

İtənlər 62 yaşlı müxbir Derke Bolte və 58 yaşlı operator Yeuqenio Follenderedir. Kolumbiya Silahlı Qüvvələri bəyan edib ki, onların oğurlanmasının məsuliyyəti "Milli Azadlıq Ordusu"nun üzərindədir.

İnsident ölkənin şimalında, Venesuela ilə sərhəddə baş verib.

Hadisə yerinə Kolumbiya ordusunun xüsusi dəstəsi göndərilib.

Xəbər lenti

Xəbər lenti