Bakı. Trend:
Rusiya Kommunist Partiyasının Dövlət Dumasındakı millət vəkilləri Yeni il tətilnin ləğv olunması ilə bağlı təklif irəli sürüblər.
Trend-in məlumatına görə, deputatlar bu təklifi onunla əsaslandırıblar ki, ilin əvvəlində Rusiya vətəndaşları əməkhaqlarını ala bilmirlər.
Bunun əvəzində 31 dekabr tarixinin qeyri-iş günü elan edilməsi təklif olunur.