Bakı. Trend:
ABŞ-ın mərkəzi hissəsində Yuta ştatında meşə yanğınları üzündən təxminən 1,5 min nəfər evakuasiya edilib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Assoşieyted Press agentliyi xəbər verir.
Qeyd edək ki, alov nəticəsində 13 ev və 8 kiçik tikili məhv olub.