...

Qətərin XİN rəhbəri: Terrorizmə dəstəyin dayandırılması haqqında şərtlər əsassızdır

Dünya xəbərləri Materials 28 İyun 2017 04:17 (UTC +04:00)
Bir sıra ərəb ölkələri tərəfindən Qətərə qarşı irəli sürülən terrorizmə dəstəyin dayandırılması haqqında şərtlər əsassızdır
Qətərin XİN rəhbəri: Terrorizmə dəstəyin dayandırılması haqqında şərtlər əsassızdır

Bakı. Trend:

Bir sıra ərəb ölkələri tərəfindən Qətərə qarşı irəli sürülən terrorizmə dəstəyin dayandırılması haqqında şərtlər əsassızdır.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Qətərin XİN rəhbəri Məhəmməd bin Əbdürrəhman Əl Tani deyib.

"Bir sıra ərəb ölkələri tərəfindən təqdim olunan şərtlər - sübutlarla təsdiqlənməmiş sözlərdir və tələb deyil", - XİN rəhəbri bildirib.

"Tələblər real və həyata keçirilə bilən olmalıdır. Əks halda onlar qəbuledilməzdir", - Əl Tani əlavə edib.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına dəstək verməsində və onların Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti