...

Qətər XİN-i 4 ərəb ölkəsinin tələblərinin cavabını iyulun 3-ü verəcək

Dünya xəbərləri Materials 3 İyul 2017 03:12 (UTC +04:00)
Qətər xarici işlər naziri Məhəmməd bun Abdel Rəhman Əl Tani iyulun 3-ü Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misirin Dohaya irəli sürdükləri tələblərə öz ölkəsinin cavabını verəcək
Qətər XİN-i 4 ərəb ölkəsinin tələblərinin cavabını iyulun 3-ü verəcək

Bakı. Trend:

Qətər xarici işlər naziri Məhəmməd bun Abdel Rəhman Əl Tani iyulun 3-ü Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misirin Dohaya irəli sürdükləri tələblərə öz ölkəsinin cavabını verəcək.

Trend bu barədə "TASS" agentliyinə istinadən xəbər verir.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Daha sonra digər ölkələr Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti