...

Ermənistandan pullar çıxarılır - Ünvan offşor zonalar...

Dünya xəbərləri Materials 4 İyul 2017 18:01 (UTC +04:00)
Bu ilin ilk beş ayı ərzində Ermənistandan 356 683 000 dollar pul çıxarılıb
Ermənistandan pullar çıxarılır - Ünvan offşor zonalar...

Bakı. Elmira Tariverdiyeva - Trend:

Bu ilin ilk 5 ayı ərzində Ermənistandan 356 683 000 dollar pul çıxarılıb.

Trend-in məlumatına görə, bu ötən il üzrə göstəricidən 42,6 milyon dollar çoxdur.

Qeyd olunur ki, bu məbləğin böyük hissəsi – 144 milyon dollar Rusiyaya, 64,4 milyon dolları ABŞ-a aparılıb.

Bu məbləğin böyük hissəsi nağd şəkildə, müəyyən hissəsi isə qeyri-leqal yollarla offşor zonalara aparılıb.

Ümumilikdə, son 5 il ərzində Ermənistandan 8 milyard dollara yaxın pul çıxarılıb.

Xəbər lenti

Xəbər lenti