...

Türkiyədə müxalifətin mitinqi zamanı terakt planlaşdıran İŞİD-çilər tutulub

Dünya xəbərləri Materials 6 İyul 2017 10:48 (UTC +04:00)
Cümhuriyyət Xalq Partiyasının (CHP) mitinqi zamanı hücum təşkil etməyi planlaşdıran İŞİD terror qruplaşmasının üzvləri tutulub.
Türkiyədə müxalifətin mitinqi zamanı terakt planlaşdıran İŞİD-çilər tutulub

Bakı. Trend:

Türkiyənin Kayseri vilayətində müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) mitinqi zamanı hücum təşkil etməyi planlaşdıran İŞİD terror qruplaşmasının üzvləri tutulub.

Trend-in məlumatına görə, terrorçular mitinq iştirakçılarının üstünə yük avtomobili sürməyi nəzərdə tuturdular.

Saxlanılan şəxslərin hamısı Türkiyə vətəndaşıdır.

Qeyd edək ki, CHP deputat Enis Bərbəroğlunun həbsinə etiraz olaraq iyunun 15-dən yürüş keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti