...

Nazir: Türkiyə Qətərə yardım etmir, məhsul ixrac edir

Dünya xəbərləri Materials 11 İyul 2017 14:11 (UTC +04:00)
Türkiyə Qətərə yardım deyil, 20 milyon dollar dəyərində məhsul ixrac edib.
Nazir: Türkiyə Qətərə yardım etmir, məhsul ixrac edir

Bakı. Trend:

Türkiyə Qətərə yardım deyil, 20 milyon dollar dəyərində məhsul ixrac edib.

Trend-in məlumatına görə, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi Tehranda Türk Ticarət Mərkəzinin açılışı zamanı deyib.

O qeyd edib: "Türkiyə yardım etmir. Pulunu aldığımız bir ixracat həyata keçiririk. Bu vaxta qədər təqribən 200 karqo təyyarəsi ilə bəlkə də dünyada ticari daşıma baxımından ən iri əməliyyatı reallaşdırdıq".

N.Zeybekçi Qətərin terrorçu ölkə olmadığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti