...

Azyaşlını zorladı, mağazasını yandırdılar - Daş-qalaq edilməsi tələb olunur (VİDEO)

Dünya xəbərləri Materials 13 İyul 2017 18:22 (UTC +04:00)
İranın Ərdəbil əyalətinin Parsabad şəhərində 21 gün əvvəl itkin düşmüş 7 yaşlı qız uşağının meyiti tapılıb.
Azyaşlını zorladı, mağazasını yandırdılar - Daş-qalaq edilməsi tələb olunur (VİDEO)

Bakı. Fərhad Daneşvər - Trend:

İranın Ərdəbil əyalətinin Parsabad şəhərində 21 gün əvvəl itkin düşmüş 7 yaşlı qız uşağının meyiti tapılıb.

Trend-in məlumatına görə, qarajda tapılan meyitin üzərində zorlanma əlamətləri aşkar edilib.

Şəhər sakini 40 yaşlı İsmayıl Cəfərzadə polisə günahını etiraf edib.

Hadisədən xəbər tutan yerli sakinlər ona məxsus mağazanı yandırıb, əraziyə gələn şəhər prokurorundan təqsirkarın daşqalaq olunmasını tələb ediblər. Prokuror İ.Cəfərzadəyə ən ağır cəza veriləcəyini deyib.

Qeyd edək ki, İ.Cəfərzadə bundan əvvəl də məhkumluq həyatı yaşayıb. O, bir il bundan əvvəl qadını zorlayaraq öldürdüyünü etiraf edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti