Bakı. Trend:
ABŞ tərəfindən Türkiyə istehsalı polada dair antidempinq tədbirlərinin tətbiqi barədə qərar Türkiyə hökumətinin narazılığına səbəb olub.
Trend-in Anadolu-ya istinadən verdiyi məlumatına görə, rəsmi Ankara Vaşinqtona qarşı şikayət ərizəsi ilə Ümumdünya ticarət təşkilatına müraciət edib.
Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybekçi ABŞ hökumətinin mövqeyi qəbuledilməz olduğunu deyib.
Onun sözlərinə görə, Türkiyə Dünya ticarət təşkilatına (ÜTT) müzakirəsinə iki il əvvəl bu məsələ artıq çıxarıb və müvafiq proses davam edir.