...

Ermənistanda PARTLAYIŞ - Yaralanan var

Dünya xəbərləri Materials 24 İyul 2017 10:18 (UTC +04:00)
Ermənistanda Artaşat şəhəri yaxınlığında partlayış baş verib.
Ermənistanda PARTLAYIŞ - Yaralanan var

Bakı. Trend:

Ermənistanda Artaşat şəhəri yaxınlığında partlayış baş verib. Trend "RİA Novosti"yə istinadən məlumat verir ki, partlayış barədə ölkənin Fövqəladə Hallar xidməti xəbər yayıb.

Məlumata görə, partlayış qazdoldurma stansiyasında qeydə alınb.

VAZ markalı avtomobil qazdoldurma stansiyasında olarkən avtomobilin qaz balonu partlayıb. Partlayış nəticəsində qazdoldurma stansiyasının işçisi yaralanıb və xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti