Bakı. Trend:
Pakistanın şimal-qərbində avtomobildə baş verən partlayış nəticəsində 3 nəfər həlak olub, 25 nəfər isə xəsarət alıb. Trend-in məlumatına görə, yerli işçiləri aparan avtomobil partlayıcının üzərinə çıxıb.
Hadisədən sonra təhlükəsizlik qüvvələri partlayışı törədənlərin axtarışına başlayıb.
Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən qruplaşma olmayıb.