Bakı. Trend:
İndoneziyada, cənubi Sumatra sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.
Trend-in ABŞ Geoloji Xidmətinə isitnadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Benqkulu şəhərindən 81 kilometr qərqdə, ocağı isə 67 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.