...

İspaniyada partlayış olub, ölən və yaralanan var

Dünya xəbərləri Materials 18 Avqust 2017 02:13 (UTC +04:00)
İspaniyanın Alkanar şəhərində sutka ərzində iki partlayış baş verib
İspaniyada partlayış olub, ölən və yaralanan var

Bakı. Trend:

İspaniyanın Alkanar şəhərində sutka ərzində iki partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış nəticəsində bir necə polis əməkdaşı xəsarət alıb. Hadisənin başvermə səbəbləri bəlli deyil.

Bildirilir ki, ilk partlayış səhər saatlarında narkotik laboratoriyada qeydə alınıb. Hadisə nəticəsində bir nəfər ölüb, daha 7 nəfər yaralanıb.

Qeyd edək ki, bu Kataloniyada baş verən üçüncü hadisədir. Barselonada törədilmiş terror aktı nəticəsində 13 nəfər ölüb, 100 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti