Bakı. Trend:
Hazırda Barselonada baş verən terror aktında yaralananların 15-nin vəziyyəti çox ağırdır.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 126 yaralıdan 67-si evə buraxılıb, 59 nəfər isə hələdə xəstəxanalarda qalırlar (15-i çox ağır vəziyyətdə, 25-i - ağır vəziyyətdə, 7-si - orta ağır vəziyyətdə, 12-si isə - yüngül xəsarətlərlə).
Kambrilskdə baş verən terror aktında yaralananlardan isə 2-si evə buraxılıb, 4 nəfər isə hələdə xəstəxanadadır. Onların vəziyyəti barədə məlumat verilmir.
Qeyd edək ki,cümə axşamı axşam saatlarında İspaniyanın Barselona şəhərində terrorçu mikroavtobusu insanların üzərinə sürüb. Hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb. Bundan bir neçə saat sonra Barselonadan 120 kilometr aralıda yerləşən Kambrilsedə daha bir terrorçu furqonu insanların üzərinə sürüb.
Terror aktları nəticəsində 15 nəfər ölüb, xəsarət alanların sayı 130 nəfərə çatıb.