...

Livan ordusu İŞİD-ə qarşı əməliyyata başladı

Dünya xəbərləri Materials 19 Avqust 2017 12:31 (UTC +04:00)

Bakı. Trend:

Livan ordusu Suriya ilə sərhəddə yerləşən Cürüd-əl-Kaa bölgəsinin İŞİD terror təşkilatından azad edilməsi üçün əməliyyata başladığını deyib.

Trend-in məlumatına görə, bu barədə Livan Müdafiə Nazirliyinin keçirdiyi mətbuat konfransı zamanı deyilib.

Qeyd olunur ki, İŞİD Livan-Suriya sərhədində 120 kvadrat kilometrə yaxın əraziyə nəzarət edir.

Həmin bölgədə 600-ə yaxın silahlının olduğu bildirilib.

Əməliyyatın sərhəd bölgəsi tam azad olunana qədər davam edəcəyi məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti