...

Rostovda yanğında 36 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 21 Avqust 2017 21:32 (UTC +04:00)
Rusiyanın Rostov şəhərində baş verən iri yanğından sonra 36 nəfər tibbi yardım üçün müraciət edib
Rostovda yanğında 36 nəfər xəsarət alıb

Bakı. Trend:

Rusiyanın Rostov şəhərində baş verən iri yanğından sonra 36 nəfər tibbi yardım üçün müraciət edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda vilayətin səhiyyə nazirliyinin başçısı Tatyana Bıkovskaya jurnalistlərə bildirib.

T. Bıkovskaya operativ qərargahın iclasında bildirib: "36 müraciət daxil olub, üç nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, həmçinin kəllə-beyin travması ilə xəstəxanada bir FHN əməkdaşı var, 3 polis dəm qazından zəhərlənmə ilə tibbi yardım üçün müraciət edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti