...

Tacikistanda milli geyim məcburi oldu - Qanun qəbul edildi

Dünya xəbərləri Materials 28 Avqust 2017 19:53 (UTC +04:00)
Tacikistan prezidenti Emoməli Rəhmon ənənə və ayinlərin təkmilləşdirilməsi haqqında qanuna düzəlişi təsdiq edib.
Tacikistanda milli geyim məcburi oldu - Qanun qəbul edildi

Bakı. Trend:

Tacikistan prezidenti Emoməli Rəhmon ənənə və ayinlərin təkmilləşdirilməsi haqqında qanuna düzəlişi təsdiq edib.

Trend-in "RİA Novosti"yə istinadən məlumatına görə, həmin düzəlişlərə əsasən ölkə vətəndaşlarının milli geyim geyməsi məcburi olacaq.

Qanunda qeyd edilir ki, fiziki və hüquqi şəxslər milli mədəniyyətin rəmzlərinə riayət etməlidirlər - dövlət dilini bilməli, milli geyim geyinməlidirlər. Qanunun pozulması halında cəzalar nəzərdə tutulub.

Yerli mütəxəssislər hesab edir ki, bu addım əslində hicaba qarşı yönəlib. Bir qədər əvvəl Tacikistan prezidenti Emoməli Rəhmon ölkə vətəndaşlarını saqqal saxlamaq və hicab taxmaqdan imtina etməyə çağırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti