...

"Dünya Myanmadakı qətliam qarşısında kar və kordur"

Dünya xəbərləri Materials 30 Avqust 2017 05:57 (UTC +04:00)
Dünya Myanmadakı qətliam qarşısında kar və kordur. Nə eşitmir, nə də görmür
"Dünya Myanmadakı qətliam qarşısında kar və kordur"

Bakı. Trend:

Dünya Myanmadakı qətliam qarşısında kar və kordur. Nə eşitmir, nə də görmür.

Trend Sputnik-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət telekanalına özəl müsahibəsi zamanı deyib.

Myanmada ordunun və buddistlərin müsəlmanlara qarşı törətdiyi qətliam barəsində danışan Ərdoğan, məsələni BMT-də gündəmə gətirəcəklərini bildirib.

“Bu son hadisələr daha da acınacaqlıdır. Eşitdiyimiz rəqəmlər təəssüf ki, 3 minə yaxın insanın öldürülməsi ilə bağlıdır. Əlbəttə, bu məsələni ağır, şiddətli bir şəkildə pisləyirik. Bu mövzunu bütün beynəlxalq təşkilatların, BMT-nin qarşısında qaldıracağıq” – deyə prezident qeyd edib.

Xəbər lenti

Xəbər lenti