...

Frankfurtda 70 mindən çox insan təxliyə edilir - Bombaya görə

Dünya xəbərləri Materials 30 Avqust 2017 19:57 (UTC +04:00)
Almaniyanın Hessen vilayətində, Frankfurt şəhərində 72 min insan təxliyə olunacaq.
Frankfurtda 70 mindən çox insan təxliyə edilir - Bombaya görə

Bakı. Trend:

Almaniyanın Hessen vilayətində, Frankfurt şəhərində 72 min insan təxliyə olunacaq.

Trend-in məlumatına görə, təxliyəyə səbəb şəhərdə İkinci Dünya müharibəsinə aid bombanın tapılmasıdır.

1,8 tonluq bomba Vestend rayonunda tikinti işləri zamanı aşkarlanıb. Partlayıcı müharibə vaxtı Britaniya aviasiyası tərəfindən atılıb. Bazar günü mütəxəssislər bombanı zərərsizləşdirməyə çalışacaqlar. Əgər bu, alınmasa, partlayıcı yerində partladılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti